
AbzasMedia
@AbzasMedia • 5,715 subscribers
AbzasMedia korrupsiya araşdırmaları edən müstəqil media platformasıdır. Dəstək üçün Youtube kanalımıza abunə olun: https://t.co/5ujWXrPI3r
Videos

Araşdırılmayan cinayətlər: 25-ci seriya - Adı 2.5 milyonluq saxta kredit sövdələşməsində hallanan keçmiş baş bankir Elman Rüstəmov İş adamının xəbəri olmadan obyektinin girov qoyulduğu kredit “alış-verişinə” dair məhkəmə prosesində Elman Rüstəmovun dindirilməsi tələb olunsa da, hakimlər buna əhəmiyyət verməyib 27 il Azərbaycan Respublikası Mərkəzi Bankına rəhbərlik etmiş 73 yaşlı Elman Rüstəmov. O, 1995-ci il yanvarın 13-də mərhum prezident Heydər Əliyevin sərəncamı ilə bankın İdarə Heyətinin üzvü və sədri təyin edilib. Sonradan dörd dəfə ardıcıl olaraq, hər dəfəsində 5 il müddətinə Mərkəzi Bankın İdarə Heyətinin sədri olub. Amma baş bankir 2020-ci ildəki təyinatını sonadək icra edə bilməyib. 2022-ci il aprelin 11-də prezident İlham Əliyev Elman Rüstəmovun bankın İdarə Heyəti üzvlüyündən xaric edilməsi ilə bağlı Milli Məclisə təqdimat göndərib. Ertəsi gün parlamentin iclasında iştirak edən 102 deputatın hamısı İlham Əliyevin təqdimatını yekdilliklə təsdiqləyib. Beləcə, Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyəti üzvlüyündən xaric edilib. Vəzifədən azad edilən bir çox məmur kimi, o da Nazirlər Kabinetinə göndərilib. Prezidentin 13 aprel 2022-ci il tarixli sərəncamıyla Baş nazirin müşaviri təyin olunub. Elman Rüstəmovun adı istər Mərkəzi Banka rəhbərlik etdiyi dövrdə, istərsə də vəzifədən gedəndən sonra müxtəlif korrupsiya qalmaqallarında hallanıb. Hətta bir neçə cinayət işində onun istintaqa cəlb olunması, məhkəmə önünə çıxarılması, adının qarışdığı qaranlıq sövdələşmələrə aydınlıq gətirməsi tələb olunub. Onun məhkəmədə dindirilməsini tələb edənlərdən biri də hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev idi. Lakin hakimlər onun bu tələbinə əhəmiyyət verməyib. Bizə dəstək olmaq üçün digər kanallarımıza da abunə olun:
AbzasMedia106,122 Aufrufe • vor 1 Jahr

Gədəbəy sakini: "Bu gün qadınları ayağınızın altına alıb tapdalayırsınız. Sənin anana-bacına gözyaşardıcı qaz atsaydılar, neyləyərdin?" İcra başçısı: "Mənim anam mənim üstümə belə qışqırmaz heç vaxt. Mənim anam evdə oturmalıdır!" #gədəbəy #etiraz #icrabaşçısı #abzasmedia
AbzasMedia45,446 Aufrufe • vor 3 Jahren

“Prezident bu kəndə yiyə durmursa, versin başqa respublikaya” Susuzluğa etiraz edən Saatlı sakinlərinin həyatında martın 13-də keçirdikləri aksiyadan sonra heç nə dəyişməyib. Sakinlər hələ də içməyə və təsərrüfatlarını suvarmağa su tapmırlar. #saatlı #susuzluq #etiraz #polis
AbzasMedia37,404 Aufrufe • vor 3 Jahren

Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım apararkən qırmızı maşını ilə fotosu çəkilib paylaşılan Sərvər Bəşirli deyir ki, belə məşhurlaşacağını gözləmirdi: “Hər kəs kimi mən də yardım yığıb gətirmişdim. Yəqin diqqət çəkib, çəkiliş olub. Evdə bildim ki, günün fotosu yayılıb”.
AbzasMedia18,448 Aufrufe • vor 3 Jahren
Keine weiteren Inhalte verfügbar